...

Ziyafət Əsgərovun Məhkəmə Hüquq Şurasına üzvlüyə namizədliyi irəli sürülüb

Siyasət Materials 17 Fevral 2016 13:18
Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərovun Məhkəmə-Hüquq Şurasının üzvlüyünə namizədliyi irəli sürülüb.
Ziyafət Əsgərovun Məhkəmə Hüquq Şurasına üzvlüyə namizədliyi irəli sürülüb

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərovun Məhkəmə-Hüquq Şurasının üzvlüyünə namizədliyi irəli sürülüb. Bu barədə Trend-ə Milli Məclisdən məlumat verilib.

Məlumatda qeyd olunur ki, parlamentin hazırladığı qərar layihəsində bildirilir ki, "Məhkəmə-Hüquq Şurası haqqında" qanunun 6.2.4-cü maddəsinə uyğun olaraq Milli Məclisin deputatı, Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Abbas oğlu Əsgərov Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilsin.

Layihə fevralın 23-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti