...

Azərbaycanın beynəlxalq təşkilat yanında Daimi Nümayəndəliyinin əməkdaşları xidməti vəzifələrini kobud şəkildə pozduqda geri çağırıla bilərlər

Siyasət Materials 27 Fevral 2016 09:45 (UTC +04:00)
“Azərbaycan Respublikasının beynəlxalq təşkilat yanında Daimi Nümayəndəliyi haqqında Əsasnamə”də dəyişiklik edilib.
Azərbaycanın beynəlxalq təşkilat yanında Daimi Nümayəndəliyinin əməkdaşları xidməti vəzifələrini kobud şəkildə pozduqda geri çağırıla bilərlər

Bakı.Trend:

"Azərbaycan Respublikasının beynəlxalq təşkilat yanında Daimi Nümayəndəliyi haqqında Əsasnamə"də dəyişiklik edilib.

Trend-in məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 iyun tarixli 422 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının beynəlxalq təşkilat yanında Daimi Nümayəndəliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı verilib.

Indiyədək Daimi Nümayəndə və ya Daimi Nümayəndəliyin digər əməkdaşları Azərbaycan Respublikasının və ya yerləşmə dövlətinin qanunvericiliyinə görə məsuliyyət doğuran əməllər törətməkdə təqsirli bilindikdə, habelə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda vaxtından əvvəl geri çağırıla bilərdi.

Yeni fərmana görə isə Daimi Nümayəndə və ya Daimi Nümayəndəliyin digər əməkdaşları qeyd edilən halla yanaşı, xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmət ilə bir araya sığmayan hərəkətlərə görə də vaxtından əvvəl geri çağırıla bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti