...

Macarıstan Baş nazirinin xanımı Heydər Əliyev Mərkəzində olub (FOTO)

Siyasət Materials 6 Mart 2016 15:47 (UTC +04:00)
Martın 6-da Azərbaycanda səfərdə olan Macarıstanın Baş naziri Viktor Orbanın xanımı Aniko Levai Heydər Əliyev Mərkəzində olub
Macarıstan Baş nazirinin xanımı Heydər Əliyev Mərkəzində olub (FOTO)

Bakı. Trend:

Martın 6-da Azərbaycanda səfərdə olan Macarıstanın Baş naziri Viktor Orbanın xanımı Aniko Levai Heydər Əliyev Mərkəzində olub.

Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov qonağa Mərkəzin fəaliyyəti barədə məlumat verdi. Bildirildi ki, Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik irsinin öyrənilməsi və tədqiqi, eyni zamanda, ölkəmizin tarixi və mədəniyyətinin tanıdılması istiqamətində fəaliyyət göstərir.

Trend AZƏRTAC-a istinadən xəbər verir ki, Aniko Levai əvvəlcə Mərkəzdə britaniyalı heykəltəraş Riçard Dikonun "Digər tərəfdən" ("On the other side") adlı fərdi sərgisi ilə tanış oldu. Qonağa sərgidə nümayiş olunan əsərlər barədə məlumat verildi. Qeyd olundu ki, 2015-ci il dekabrın 18-də açılan sərgi bu il iyulun 15-dək davam edəcək.

Macarıstan Baş nazirinin xanımı Heydər Əliyev Fondunun Budapeştdəki Laslo Battiani adına Roma Katolik Mərkəzində görmə qabiliyyəti zəif olan uşaqlar üçün yataqxana və tədris korpuslarının inşası ilə bağlı layihəsini yüksək qiymətləndirdi. Orada uşaqların reabilitasiya kursu keçməsi üçün lazımi şəraitin yaradıldığını məmnunluqla qeyd edən qonaq Heydər Əliyev Fonduna təşəkkürünü bildirdi.

Aniko Levai sonra Mərkəzdəki "Klassik avtomobil sərgisi" ilə tanış oldu. Azərbaycan Avtomobil Federasiyası və Mərkəzin birgə layihəsi olan bu sərgidə avtomobilin yarandığı ilk dövrlərdən - XIX əsrin sonlarından başlayaraq Almaniya, ABŞ, İtaliya, Fransa, Böyük Britaniya və keçmiş SSRİ-də istehsal olunmuş avtomobillər nümayiş etdirilir. Ziyarətçilər sərgini izləməklə nəqliyyat vasitələrinin istehsalı tarixinə ekskursiya edir, avtomobil sənayesinin ayrı-ayrı inkişaf mərhələləri ilə tanış olmaq imkanı qazanırlar.

Macarıstan Baş nazirinin xanımı ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərə də baxdı.

Heydər Əliyev Mərkəzi ilə tanışlıq qonaqda xoş təəssürat doğurdu.

Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim edildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti