Bakı. Elçin Mehdiyev - Trend:
IV Qlobal Bakı Forumu dünya üçün mühüm əhəmiyyət kəsb edir. Trend-in məlumatına görə, bunu Kolumbiyanın sabiq Prezidenti Andres Pastrana deyib.
O, qeyd edib ki, Forum fikir mübadiləsi aparmaq, dünyanın müxtəlif regionlarında baş verən proseslər və mövcud problemlər haqqında məlumat əldə etmək üçün çox yaxşı bir məkandır: "Forumda hazırkı və sabiq prezidentlər, baş nazirlər və bir çox ekspertlər iştirak edir, fikir mübadiləsi aparırlar. Dünyanın bütün regionlarından olan insanlar Forumda təmsil olunur. İldən-ilə Forumun iştirakçılarının sayı artır".
Sabiq Prezident əlavə edib ki, Qlobal Bakı Forumunun əhəmiyyəti getdikcə artır və bütün dünya bu barədə məlumat alır.