...

Çex Respublikası Parlamentinin sədri Azərbaycana gəlib (FOTO)

Siyasət Materials 13 Mart 2016 18:43 (UTC +04:00)
Çex Respublikası Parlamentinin sədri Yan Xamaçekin rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycana səfərə gəlib.
Çex Respublikası Parlamentinin sədri Azərbaycana gəlib (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri Yan Xamaçekin rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

Trend-in məlumatına görə, qonağı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Milli Məclisin sədrinin müavini Valeh Ələsgərov və digər rəsmi şəxslər qarşılayıb.

Y. Xamaçekin Azərbaycanda bir sıra rəsmi şəxslərlə görüşlər keçirməsi nəzərdə tutulur. Görüşlərdə iki ölkə arasında əlaqələrin mövcud durumu və əməkdaşlığın gələcək inkişaf perspektivlərinin müzakirə olunacağı gözlənilir.

Səfərin martın 15-ə qədər davam edəcəyi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti