...

Parlament sədri: Çexiya Azərbaycan ilə mühüm tərəfdaşdır

Siyasət Materials 13 Mart 2016 19:34 (UTC +04:00)
Çexiya ilə Azərbaycan arasında strateji əməkdaşlığı yüksək qiymətləndiririk.
Parlament sədri: Çexiya Azərbaycan ilə mühüm tərəfdaşdır

Bakı. Elçin Mehdiyev - Trend:

Çexiya ilə Azərbaycan arasında strateji əməkdaşlığı yüksək qiymətləndiririk.

Trend-in məlumatına görə, bunu Azərbaycana səfərə gələn Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri Yan Xamaçek jurnalistlərə bildirib.

O qeyd edib ki, Çexiya Respublikası Azərbaycanla əməkdaşlığa mühüm əhəmiyyət verir: "Mən Azərbaycana yenidən gəlməyinə çox şadam. Çexiya ilə Azərbaycan bir çox sahələrdə səmərəli əmakdaşlıq edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti