...

DTX-nin yeni saytı yaradılıb

Siyasət Materials 17 Mart 2016 13:13 (UTC +04:00)
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) yeni saytı yaradılıb.
DTX-nin yeni saytı yaradılıb

Bakı. Trend:

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) yeni saytı yaradılıb.

Qurumun yeni istifadəyə verilən saytında DTX-nin strukturu, fəaliyyəti, Xidmət haqqında ətraflı məlumatlar yerləşdirilməklə yanaşı, eyni zamanda, tarixi məlumatlar haqqında da geniş məlumat toplusu yer alıb.

Qeyd edək ki, saytda gənc nəsil üçün önəmli olacaq Azərbaycanın Xüsusi Xidmət Orqanlarının tarixi haqqındakı bölmədə geniş məlumat toplusu yerləşdirilib.

Yüksək tərtibatla hazırlanmış DTX-nin yeni saytında mövcud qanunvercilik bazası ilə də bağlı geniş informasiya bloku var.

Bundan başqa, DTX-nin yeni saytında qaynar xətt də fəaliyyət göstərir - 192.

DTX-nin yeni saytında Xəbərlər bölümündə Azərbaycanın ictimai-syasi həyatındakı çox önəm daşıyan məlumatlara da yer verilib.

Eyni zamanda, DTX-nin saytında quruma müraciət, vətəndaşlar üçün əlaqə koordinatları və Xidmətin ünvanı da göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti