...

Deputat: Ermənilər həmişə təxribat törətməklə status-kvonu saxlamağa çalışıblar

Siyasət Materials 5 Aprel 2016 11:55 (UTC +04:00)
“Ermənilərin cəbhə xəttində son təxribatları bir daha göstərdi ki, onlar atəşkəs rejiminə əməl etmək fikrində deyillər”.
Deputat: Ermənilər həmişə təxribat törətməklə status-kvonu saxlamağa çalışıblar

Bakı. Elçin Mehdiyev - Trend:

"Ermənilərin cəbhə xəttində son təxribatları bir daha göstərdi ki, onlar atəşkəs rejiminə əməl etmək fikrində deyillər".

Bunu Trend-ə Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Deputat bildirib ki, Ermənistan tərəfi həmişə bu cür təxribatlar törətməklə sülh danışıqlarını pozmağa, status-kvonu saxlamağa çalışıb: "Biz buna əhəmiyyət verməməliyik. Azərbaycan Ordusu bu təxribatları cavablandırmağı davam etdirməlidir. Ermənilərin atəşkəs rejiminə əməl etməmələri bizi çox maraqlandırmamalıdır. Bizi daha çox maraqlandıran Azərbaycanın işğal edilmiş torpaqlarının erməni işğalından azad edilməsidir. Ermənilər bu təxribatçı fəaliyyətlərinin cəzasını bundan sonra daha sərt şəkildə görməlidirlər".

F.Mustafa vurğulayıb ki, Azərbaycan cəmiyyətində hər kəs Azərbaycan Ordusunun son fəaliyyətini yüksək səviyyədə qiymətləndirir və dəstəkləyir.

Deputat qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtonda Nüvə Sammitində iştirakı çərçivəsində ABŞ rəhbərliyi, o cümlədən dövlət katibi Con Kerri, vitse-prezident Co Baydenlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqları erməniləri narahat edən amillərdən biridir: "Prezident İlham Əliyevin səfəri zamanı kifayət qədər ciddi mesajlar verildi. Ona görə də ermənilər təxribatlar törətməklə bundan böyük narahatlıq keçirdiklərini ortaya qoydular. Amma Azərbaycan tərəfinin verdiyi cavab ermənilər üçün sarsıdıcı oldu".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti