...

Elmar Məmmədyarov türkiyəli həmkarı ilə regional məsələləri müzakirə edib

Siyasət Materials 5 Aprel 2016 19:59 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov aprelin 5-də İranın Ramsar şəhərində keçirilən Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin üçtərəfli görüşü çərçivəsində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.
Elmar Məmmədyarov türkiyəli həmkarı ilə regional məsələləri müzakirə edib

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov aprelin 5-də İranın Ramsar şəhərində keçirilən Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin üçtərəfli görüşü çərçivəsində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə E.Məmmədyarov cəbhədə yaranmış hazırkı vəziyyət, o cümlədən Ermənistanın qoşunların təmas xətti boyunca törətdiyi təxribatlar və mülki əhalini hədəfə alan ağır artilleriya və ağır silahlardan istifadə etməsi barədə ətraflı məlumat verib.

M.Çavuşoğlu cəbhədə həlak olan hərbçilərin və mülki şəxslərin ailələrinə və Azərbaycan xalqına başsağlığı verib və bəyan edib ki, sözügedən münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında sülh yolu həll olunmalıdır.

Görüşdə qarşılıqlı maraq kəsb edən regional məsələlər müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti