...

Ramazan Abdulatipov Bakıda ikitərəfli əlaqələrin inkişafını müzakirə edəcək

Siyasət Materials 18 Aprel 2016 12:16 (UTC +04:00)
Dağıstanın başçısı Ramazan Abdulatipov mayın 12-13-də Bakıya səfər edəcək.
Ramazan Abdulatipov Bakıda ikitərəfli əlaqələrin inkişafını müzakirə edəcək

Bakı. Elmira Tariverdiyeva - Trend:

Dağıstanın başçısı Ramazan Abdulatipov mayın 12-13-də Bakıya səfər edəcək.

Bunu Trend-ə Dağıstan Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Marat Askanderov deyib.

Onun sözlərinə görə, R.Abdulatipov Azərbaycan rəhbərliyi və rəsmi şəxslərlə, o cümlədən iqtisadiyyat naziri Şahin Mustafayev, Baş nazirinin birinci müavini Yaqub Eyyubov, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşlər keçirəcək.

12-13 may tarixində Bakıda Dağıstan günləri keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti