...

Novruz Məmmədov: Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təxribata əl atdı

Siyasət Materials 27 Aprel 2016 11:46 (UTC +04:00)
"Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin marağını görüb, təxribata əl atdı".
Novruz Məmmədov: Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təxribata əl atdı

Bakı. Elçin Mehdiyev - Trend:

"Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin marağını görüb, təxribata əl atdı".

Trend məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

O bildirib ki, Ermənistan prezidenti Serj Sərkisyan danışıqlara getməməklə özünə və xalqına pislik edir.

PA rəsmisi deyib ki, Azərbaycan münaqişənin yalnız sülh və danışıqlar yolu ilə həll etmək istəyir.

O bildirib ki, 20 ildən artıq müddətdə Azərbaycan bu yola sədaqətini göstərib: "Ancaq münaqişənin həlli ilə bağlı irəliyə getmək üçün hər hansı imkan yarananda Ermənistan bir təxribat həyata keçirir. Bu, 10-12 il əvvəl, 2009, 2014 və bu il aprel ayının əvvəlində olub. Ermənistan münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin marağını görüb, təxribata əl atdı. Ermənistan təxribatının cavabını da aldı".

N.Məmmədov deyib ki, Ermənistan prezidenti Serj Sərkisyan "Blomberq"ə müsahibəsində artıq danışıqlara getməyəcəklərini deyib: "Serj Sərkisyan danışıqlara getməməklə özünə və xalqına pislik edir. Biz torpaqlarımızı mütləq işğaldan azad edəcəyik. Beynəlxalq birliyin köməyi ilə buna nail olacağıq. Ermənistan rəhbərliyi öz xalqının gələcəyini düşünsün".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti