...

Cəbhə bölgəsində zirehli texnikaların döyüş hazırlığı təlimi keçirilib (FOTO)

Siyasət Materials 10 May 2016 19:57 (UTC +04:00)
Təlimlər zamanı döyüş texnikası və piyadaların atıcı silahlardan döyüş sursatları ilə praktiki atışlar icra edilib, bölmələr birbaşa təyinatları üzrə qarşıya qoyulmuş tapşırıqları praktiki olaraq yerinə yetiriblər.
Cəbhə bölgəsində zirehli texnikaların döyüş hazırlığı təlimi keçirilib (FOTO)

Bakı. Trend:

Cəbhə bölgəsində zirehli texnika qruplarının döyüş hazırlığı təlimi keçirilib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2016-cı ilin döyüş hazırlığı planına uyğun olaraq, müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə cəbhəboyu zonada yerləşən hissə və bölmələrin zirehli texnikalarından ibarət qrupların döyüş hazırlığı təlimi keçirilib.

Təlimlər zamanı döyüş texnikası və piyadaların atıcı silahlardan döyüş sursatları ilə praktiki atışlar icra edilib, bölmələr birbaşa təyinatları üzrə qarşıya qoyulmuş tapşırıqları praktiki olaraq yerinə yetiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti