...

Ramazan Abdulatipov: Dağıstan Rusiya-Azərbaycan münasibətlərinə konkret məzmunlar əlavə edəcək (MÜSAHİBƏ)

Siyasət Materials 12 May 2016 14:01 (UTC +04:00)
Səfərimin məqsədi Rusiya-Azərbaycan münasibətlərinin aktivləşdirilməsi və konkret məzmunların əlavə edilməsi üçün Dağıstanın potensialından, onun tarixi rolundan və Azərbaycanla yaxınlığından tam istifadə etməkdir.
Ramazan Abdulatipov: Dağıstan Rusiya-Azərbaycan münasibətlərinə konkret məzmunlar əlavə edəcək  (MÜSAHİBƏ)

Bakı. Elmira Tariverdiyeva - Trend:

Səfərimin məqsədi Rusiya-Azərbaycan münasibətlərinin aktivləşdirilməsi və konkret məzmunların əlavə edilməsi üçün Dağıstanın potensialından, onun tarixi rolundan və Azərbaycanla yaxınlığından tam istifadə etməkdir.

Bunu Trend-ə müsahibəsində Bakıda səfərdə olan Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov deyib.

Onun sözlərinə görə, iki ölkənin gündəliyində bir çox birgə layihələr var: "Bu gün İqtisadiyyat Nazirliyində bir çox layihələri, o cümlədən mədəniyyət üzrə layihələri müzakirə edəcəyik".

R.Abdulatipov qeyd edib ki, çoxlu sayda layihələr, o cümlədən Dərbəndin bərpası, Heydər Əliyev adına küçənin açılışı üzrə layihələr artıq həyata keçirilir: "Ölkələrimiz arasında əməkdaşlıq davam etdiriləcək, Azərbaycan Prezidenti tərəfindən anlayış və dəstək almışıq".

Dağıstan başçısının sözlərinə görə, Azərbaycana səfərdən öncə Rusiya Prezident Administrasiyası ilə əməkdaşlığın bir çox bəndlərini razılaşdırıb, burada da münasibətlərin möhkəmlənməsinə dair anlayış və dəstək var: "Qeyd etmək istəyirəm ki, Azərbaycanda Dağıstan Günləri keçirməklə Rusiya-Azərbaycan münasibətlərinə maksimum dinamika vermək niyyətindəyik".

R.Abdulatipov əlavə edib ki, hazırda əməkdaşlıq üzrə gündəlikdə çoxlu sayda logistik, aqrar, mədəni-idman layihələri var ki, onlar əslində Rusiya və Azərbaycan arasında qarşılıqlı fəaliyyətin səviyyəsini xeyli yüksəldə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti