...

Əfqanıstan Prezidentinin müşaviri Azərbaycana gələcək

Siyasət Materials 25 May 2016 17:39 (UTC +04:00)
Əfqanıstan Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Hənif Atmar gələn həftə Azərbaycana səfər edəcək.
Əfqanıstan Prezidentinin müşaviri Azərbaycana gələcək

Bakı. Anaxanım Hidayətova - Trend:

Əfqanıstan Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Hənif Atmar gələn həftə Azərbaycana səfər edəcək. Bunu Trend-ə Əfqanıstanın Bakıdakı səfirliyindən deyiblər.

Səfər zamanı H.Atmar bir sıra yüksək səviyyəli görüşlər keçirəcək. Görüşlərdə ikitərəfli qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi məsələləri müzakirə olunacaq.

Səfər Azərbaycan tərəfinin dəvəti ilə baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti