...

İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib

Siyasət Materials 19 İyun 2016 19:05
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Jan Todu qəbul edib.
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Jan Todu qəbul edib.

Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Jan Tod Bakıda Formula-1 yarışının yüksək səviyyədə təşkil olunduğunu vurğuladı. O, tədbirin önəmini yüksək qiymətləndirərək bunun təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə, o cümlədən regionda mühüm əhəmiyyət daşıdığını dedi.

Formula-1 yarışının əhəmiyyətini qeyd edən dövlətimizin başçısı tədbirin beynəlxalq əməkdaşlığa töhfəsini verdiyini bildirdi. Prezident İlham Əliyev yarışın Azərbaycana gələn turistlərin ölkəmizlə yaxından tanış olmaları üçün yaxşı imkan yaratdığını vurğuladı.

Görüşdə Azərbaycan ilə Beynəlxalq Avtomobil Federasiyası arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti