Bakı. Anaxanım Hidayətova - Trend:
Azərbaycan Prezidenti İlham Əliyevin NATO-nun Varşava sammitində iştirakı alyansın Qafqazda sülh və sabitliyin təmin edilməsinə marağını nümayiş etdirir.
Bunu Trend-ə Vaşinqtonun "Atlantic Council" analitik mərkəzinin qabaqcıl eksperti Xorxe Benitez deyib.
Onun sözlərinə görə, bu həm də tərəflər arasında tərəfdaşlıq əlaqələrinin mövcudluğunu göstərir. Ekspert güman edir ki, NATO Dağlıq Qarabağ münaqişəsinin həllində rol oynaya bilər.