...

NATO Azərbaycanla əlaqələri genişləndirməyin zəruriliyini anlayır

Siyasət Materials 9 İyul 2016 12:45 (UTC +04:00)
Hazırda NATO Avropanın şərq cinahının təhlükəsizliyinin təmin edilməsinin və Azərbaycan kimi NATO-ya daxil olmayan ölkələr ilə əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsinin zəruriliyini anlayır.
NATO Azərbaycanla əlaqələri genişləndirməyin zəruriliyini anlayır

Bakı. Yelena Kosolapova - Trend:

Hazırda NATO Avropanın şərq cinahının təhlükəsizliyinin təmin edilməsinin və Azərbaycan kimi NATO-ya daxil olmayan ölkələr ilə əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsinin zəruriliyini anlayır.

Bunu Trend-ə Böyük Britaniyanın Transatlantik İnstitutunun direktoru Ziba Norman Azərbaycan Prezidenti İlham Əliyevin NATO-nun Varşava sammitinə dəvət olunmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan Qafqaz və Avropada təhlükəsizliyin təmin edilməsində, eləcə də Qafqaz regionunda qaçaqmalçılıq və terrorçuluq fəaliyyətinin qarşısının alınmasında vacib rol oynayır.

Ekspert qeyd edib ki, yaxın aylarda NATO və Azərbaycan arasında daha dərin əlaqələr yarana bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti