...

Türkiyədə hərbi çevrilişə cəhd zamanı Azərbaycanın Ankaraya dəstəyi yüksək qiymətləndirilib

Siyasət Materials 1 Avqust 2016 12:53 (UTC +04:00)
Türkiyədə hərbi çevrilişə cəhd ilə bağlı kitab nəşr edilib.
Türkiyədə hərbi çevrilişə cəhd zamanı Azərbaycanın Ankaraya dəstəyi yüksək qiymətləndirilib

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyədə hərbi çevrilişə cəhd ilə bağlı kitab nəşr edilib.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, kitabda Azərbaycan çevrilişə cəhd zamanı Türkiyəyə dəstək göstərən ilk ölkələrdən biri kimi qeyd olunub.

Kitabda həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin türk xalqına müraciəti də yer alıb.

Bundan əvvəl, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, Azərbaycan Türkiyədə hərbi çevrilişə cəhddə əli olan Fəthullah Gülən hərəkatı ilə mübarizəyə mühüm töhfə verib.

Onun sözlərinə görə, Azərbaycanın Gülən hərəkatı ilə mübarizədə verdiyi dəstək Türkiyənin qardaş ölkələri üçün nümunə olmalıdır.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti