...

Azərbaycan Türkiyədə dövlət çevrilişinə cəhd zamanı yaralananlara yardım edib (FOTO)

Siyasət Materials 10 Avqust 2016 15:25 (UTC +04:00)
Azərbaycan Türkiyədə dövlət çevrilişi cəhdi zamanı yaralananların müalicəsi üçün 100 min dollar məbləğində yardım edib.
Azərbaycan Türkiyədə dövlət çevrilişinə cəhd zamanı yaralananlara yardım edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Türkiyədə dövlət çevrilişi cəhdi zamanı yaralananların müalicəsi üçün 100 min dollar məbləğində yardım edib.

Trend Türkiyə Böyük Millət Məclisinin rəsmi saytına istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Ankarada Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Qəhrəmanla görüşdə simvolik çeki ona təqdim edib.

Azərbaycanın Türkiyəyə dəstəyini bir daha ifadə edən QMİ sədri bildirib ki, Azərbaycan xalqı qardaş Türkiyə xalqının acısını paylaşır. O, Azərbaycanın hər zaman Türkiyə xalqının yanında olduğunu deyib.

İ.Qəhrəman göstərdiyi diqqət və qayğıya görə, Azərbaycan rəhbərliyinə və xalqına dərin təşəkkürünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti