Bakı. Elçin Mehdiyev – Trend:
“Penitensiar müəssisələrdə cəza çəkənlər də referendumda iştirak edə biləcəklər”.
Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə ədliyyə nazirinin müavini Azər Cəfərov deyib.
O qeyd edib ki, Azərbaycanın penitensiar müəssisələri cəza çəkənlərin hüquqlarının müdafiəsi baxımından xeyli proqressivdir:
“Bir çox Avropa ölkələrində, ABŞ-ın bəzi ştatlarında bu şəxslərin seçkilərdə iştirak hüququ yoxdur. KİV və müxtəlif missiyaların nümayəndələri müvafiq daxil olma qaydalarına əməl etməklə seçki prosesini izləyə biləcək”.