...

İlham Əliyev 9 nömrəli Bakı Peşə Liseyinin IT STEP akademiyasında yaradılan şəraitlə tanış olub (YENİLƏNİB) (FOTO)

Siyasət Materials 14 Sentyabr 2016 11:48 (UTC +04:00)
Prezident İlham Əliyev 9 nömrəli Bakı Peşə Liseyinin IT STEP akademiyasında yaradılan şəraitlə tanış olub.
İlham Əliyev 9 nömrəli Bakı Peşə Liseyinin IT STEP akademiyasında yaradılan şəraitlə tanış olub (YENİLƏNİB) (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də əsaslı təmir edilmiş 9 nömrəli Bakı Peşə Liseyinin bazasında yarıdılmış IT STEP akademiyasında görülən işlərlə tanış olub.

Təhsil naziri Mikayıl Cabbarov dövlət başçısına məlumat verib ki, 9 nömrəli Bakı Peşə Liseyinin tədris korpusu bu il əsaslı təmir olunub. Ümumi sahəsi 1400 kvadratmetrdən çox olan korpusda yeni dərs ilindən IT STEP akademiyası fəaliyyət göstərəcək.

IT STEP akademiyası 1998-ci ildə yaradılıb və hazırda dünyanın 17 ölkəsində 44 filialı var. Akademiyada 3 ixtisas sahəsi - kompyuter qrafikası və dizayn, proqram təminatı, şəbəkə texnologiyası üzrə mütəxəssislər hazırlanır. Tədris prosesi 1900 akademik saatdan ibarətdir və 2 il yarım çəkir. IT STEP-i bitirən müdavimlərə diplomla yanaşı, “Cisco Microsoft” və “Autodesk” şirkətlərinin sertifikatları da verilir.

Bakıda fəaliyyətə başlayan akademiyada 8 yaşından 55 yaşınadək 2100 şəxs təhsil ala bilər. Hazırda IT STEP-də təhsil almaq üçün 210 nəfər sənəd verib, ilin sonunadək bu rəqəmin 500 nəfərə çatacağı gözlənilir. Akademiyada 17 kompyuter sinfi, robot texnikası, bədii studiya, qrafik dizayn və fotostudiyadan ibarət 4 ixtisaslaşdırılmış laboratoriya fəaliyyət göstərəcək.

Qeyd edək ki, yeni təhsil sistemində peşə təhsilinin inkişaf etdirilməsi prioritet istiqamət kimi müəyyən olunub. Bunu Prezident İlham Əliyevin bu ilin aprelində Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması ilə bağlı imzaladığı Fərman da təsdiqləyir. Peşə təhsilinin inkişafı istiqamətində atılan addımlar isə ölkədə bu sahənin potensialının tam üzə çıxarılmasına imkan verəcək. Çünki ölkə iqtisadiyyatının inkişafı, yeni iş yerlərinin açılması peşə təhsili sahəsində hazırlanan kadrlara ehtiyacı getdikcə artırır. Peşə təhsilində tədris prosesinin yaxşı qurulması, bu istiqamətdə özəl sektorla təhsil sahəsi arasında mövcud mexanizmlərin tətbiqinin gücləndirilməsi indi qarşıda duran əsas vəzifələrdən biridir. Onu da deyək ki, hazırda Azərbaycanda 115 dövlət ilk peşə-ixtisas təhsili müəssisəsi mövcuddur. Burada təxminən 24 minə yaxın şagird təhsil alır, 6 minə yaxın pedaqoji və köməkçi heyət çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti