Bakı. Elmira Tariverdiyeva - Trend:
Rusiyanın Azərbaycandakı səfirliyi bildirir ki, sentyabrın 18-də Rusiya Dövlət Dumasına seçkilər keçiriləcək.
Trend-in səfirliyin saytına istinadən verdiyi məlumata görə, Azərbaycanda daimi yaşayan və ya ölkədə müvəqqəti qalan Rusiya vətəndaşları Bakı şəhəri, Bakıxanov küçəsi, 17 ünvanında yerləşən № 8017 seçki məntəqəsində səsvermədə iştirak edə bilərlər.
Səsvermədə iştirak etmək üçün pasport və onu əvəz edən sənəd təqdim etmək lazımdır.