...

Elmar Məmmədyarov: Ermənistanın son təxribat əməlləri danışıqlar prosesini pozmaq məqsədi daşıyır

Siyasət Materials 22 Sentyabr 2016 11:39 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Ceyms Uorlik (ABŞ) və Pyer Andrio (Fransa) ilə görüşüb. Görüşdə ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndə Anjey Kasprşik də iştirak edib.
Elmar Məmmədyarov: Ermənistanın son təxribat əməlləri danışıqlar prosesini pozmaq məqsədi daşıyır

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Ceyms Uorlik (ABŞ) və Pyer Andrio (Fransa) ilə görüşüb. Görüşdə ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.

XİN-dən Trend-ə verilən məlumata görə, görüşdə sülh prosesinin sürətləndirilməsi və danışıqlarda əsaslı nəticələrin əldə olunması ətrafında müzakirələr aparılıb.

E.Məmmədyarov Ermənistanın son təxribat əməllərinin, o cümlədən Azərbaycanın işğal olunmuş Ağdam rayonunda həyata keçirdiyi canlı atəş hazırlığı məşq və təlimlərinin danışıqlar prosesini pozmaq məqsədi daşıdığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti