...

Bakıda Koreyanın Milli təsis günü qeyd edilib (FOTO)

Siyasət Materials 4 Oktyabr 2016 16:21 (UTC +04:00)
Oktyabrın 3-də Koreyanın Azərbaycandakı səfirliyi Milli təsis gününün 4348-ci ildönümü münasibətilə rəsmi tədbir təşkil edib.
Bakıda Koreyanın Milli təsis günü qeyd edilib (FOTO)

Bakı. Trend:

Oktyabrın 3-də Koreyanın Azərbaycandakı səfirliyi Milli təsis gününün 4348-ci ildönümü münasibətilə rəsmi tədbir təşkil edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Koreyanın Azərbaycandaki səfiri Kim Çanq-qyu dünyada sülh və sabitliyin qorunması sahəsində töhvə vermiş Koreyanın sülhsevərliyini qeyd edib və Şimali Koreyanın nüvə probleminin sülh yolu ilə həll olunması üçün beynəlxalq ictimaiyyətin dəstəyini xahiş edib.

Səfir iyun ayında yaradılan Koreya-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyasını və Koreya-Azərbaycan arasında mədəni mübadiləni qeyd edərək, ölkələr arasında münasibətlərin inkişaf edəcəyinə əminliyini ifadə edib. Azərbaycanda məcburi köçkünlər ilə həmrəy olduğunu və rəğbətini bildirib.

Tədbirdə iştirak edən Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini və Koreya-Azərbaycan Birgə Komissiyasının həmsədri İltimas Məmmədov Koreya xalqına firavanlıq və süh arzu edib.

Nazir müavini ölkələr arasında ikitərəfli əməkdaşlığın elm və təhsil, rabitə və informasiya texnologiyaları, mədəniyyət, turizm, enerji və digər sahələr üzrə inkişaf etdiyini qeyd edib. Tədbirdə dövlət rəsmiləri, deputatlar, diplomatlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti