Bakı. Trend:
Xarici işlər naziri Elmar Məmmədyarov İran xarici işlər nazirinin təhsil və araşdırmalar üzrə müavini Seyed Kazem Sajjadpuru qəbul edib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və İran arasında dostluq və tərəfdaşlıq prinsipləri əsasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin yüksək səviyyədə inkişaf etdiyi vurğulanıb.
S.K.Sajjadpur Azərbaycana səfəri çərçivəsində ADA Universiteti və Strateji Araşdırmalar Mərkəzində keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edib.
İki ölkənin diplomatik təlim müəssisələri arasında əlaqələrin inkişafı, tələbə mübadiləsi və birgə seminar və konfransların keçirilməsinin vacibliyini vurğulanıb.