...

6 seçki məntəqəsinin seçki komissiyaları buraxıldı - referendumdakı nöqsanlara görə

Siyasət Materials 11 Oktyabr 2016 17:14 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında referendumda yol verilən nöqsanlara görə 6 seçki məntəqəsinin seçki komissiyalarının buraxıldığı bildirilib.
6 seçki məntəqəsinin seçki komissiyaları buraxıldı - referendumdakı nöqsanlara görə

Bakı. Elçin Mehdiyev – Trend:

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında referendumda yol verilən nöqsanlara görə 6 seçki məntəqəsinin seçki komissiyalarının buraxıldığı bildirilib.

Trend-in məlumatına görə, səsvermənin təşkilində yol verilmiş nöqqsanlara görə 11 saylı Qaradağ Seçki Dairəsinin 14 saylı seçki məntəqəsi, 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsinin 10 saylı seçki məntəqəsi, 68 saylı Cəlilabad kənd Seçki Dairəsi 2 saylı seçki məntəqəsi, 64 saylı Sabirabad İkinci Seçki Dairəsinin 35 saylı seçki məntəqəsi, 15 saylı Yasamal Birinci Seçki Dairəsinin 21 saylı seçki məntəqəsi və 19 saylı Nərimanov Birinci Seçki Dairəsinin 4 saylı seçki məntəqəsinin seçki komissiyaları buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti