...

Dağıstandan Azərbaycana torpaq təklifi

Siyasət Materials 1 Noyabr 2016 15:35 (UTC +04:00)
Dağıstan kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün azərbaycanlı sahibkarlara icarə əsasında torpaq verməyə hazırdır.
Dağıstandan Azərbaycana torpaq təklifi

Bakı. Azad Həsənli - Trend:

Dağıstan kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün azərbaycanlı sahibkarlara icarə əsasında torpaq verməyə hazırdır.

Trend-in məlumatına görə, bunu VII Azərbaycan-Rusiya regionlararası forumunda Dağıstan Prezidenti Ramazan Abdulatipov deyib.

R.Abdulatipov bildirib: "Əgər azərbaycanlı sahibkarların Dərbənddə torpaq icarəyə götürərək kənd təsərrüfatı məhsulları yetişdirmək imkanı varsa, niyə də bu imkandan istifadə olunmasın?"

Dağıstan Prezidenti bu üsulun kənd təsərrüfatı məhsullarının Azərbaycanda istehsal olunaraq Rusiyaya göndərilməsindən daha məqsədəuyğun olacağını bildirib.

Qeyd edək ki, bu gün Bakıda VII Azərbaycan-Rusiya regionlararası forumu işə başlayıb. Forum çərçivəsində iki ölkə arasında 12 sənəd imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti