Prezident İlham Əliyev Füzuli xalça kombinatının açılışında iştirak edib (FOTO) (YENİLƏNİB)

Prezident İlham Əliyev Füzuli xalça kombinatının açılışında iştirak edib (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

Noyabrın 12-də Füzuli rayonunda “Azərxalça” ASC-nin ilk filialının - xalça kombinatının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kombinatın açılışında iştirak edib.

Azərbaycan xalçaları bütün dövrlərdə dünyanı heyran qoyub, milli naxışlarımızın şöhrəti dünyanı qarış-qarış gəzib, böyük diqqətə səbəb olub. Azərbaycan xalçalarının ta qədimlərdən başlayan şöhrəti bu gün yeni layihələrlə zənginləşir. Prezident İlham Əliyevin bu il imzaladığı Sərəncamla “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması da məhz bu amildən qaynaqlanıb. ASC-nin əsas məqsədi xalça və xalça məmulatlarının istehsalı, onların ölkə daxilində və xaricdə satışının təşkili, istehsalatda yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.

İqtisadiyyat naziri Şahin Mustafayev Prezident İlham Əliyevə məlumat verdi ki, ilkin mərhələdə “Azərxalça” ASC-nin Füzuli rayonu ilə yanaşı, Ağdam, Tovuz, Ağstafa, Qazax, Şəmkir, Quba, İsmayıllı, Xaçmaz, Qəbələ rayonlarında da filiallarının yaradılması nəzərdə tutulub. Hazırda bu rayonlarda filial binalarının tikintisinə başlanılıb. Yerlərdə “Azərxalça”nın xalçaçılıq üzrə hazırlıq-tədris kursları, ustad dərsləri təşkil edilib, işçi potensialının müəyyənləşdirilməsi və gücləndirilməsi üçün müvafiq tədbirlər görülüb.

“Azərxalça” ASC-nin idarə heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına görülən işlərlə bağlı ətraflı məlumat verdi.

Bildirildi ki, Horadizdə yaradılan filial Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən olan Qarabağ xalçaçılıq məktəbini təmsil edəcək. Filialın ümumi sahəsi 586 kvadratmetr olan binasında 160 toxucu, 10 nəfər inzibati-təsərrüfat işçisi fəaliyyət göstərəcək. Bina toxuculuq emalatxanası, anbar, yeməkxana, tibb otağı və digər bölmələrdən ibarətdir. Emalatxanada 160 toxucu müxtəlif ölçülü 43 dəzgahda Qarabağın tarixi xalça çeşniləri əsasında xalçalar toxuyacaq. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla təmin edilib. Toxucular həm Horadiz şəhərinin, həm də Füzuli rayonunun ayrı-ayrı kəndlərinin, o cümlədən hazırda işğal altında olan kəndlərin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça”nın burada təşkil olunmuş hazırlıq-tədris kurslarında mütəmadi iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər.

Dövlətimizin başçısı kombinatın işçiləri ilə söhbət etdi.

İşçilər: "Xoş gəlmisiniz, cənab Prezident".

Prezident İlham Əliyev: "Xoş gördük. Necəsiniz? İşlər necədir?"

Mahnur Alıyeva: "Möhtərəm cənab Prezident, bütün füzulililər adından Sizi salamlayırıq və Sizə təşəkkürümüzü bildiririk ki, bizə belə müəssisə, belə iş yeri açmısınız. Hazırda 160 nəfər qadın burada işlə təmin olunub. Gün o gün olsun ki, işğal altındakı torpaqlarımız qaytarılsın və orada belə müəssisələr açılsın, bizim qarabağlı qadınlar Qarabağ xalçaları toxuyub nümayiş etdirsinlər".

Prezident İlham Əliyev: "Mən çox şadam ki, artıq “Azərxalça” fəaliyyətə başlayır. Bilirsiniz ki, bir müddət bundan əvvəl mənim Sərəncamımla “Azərxalça” şirkəti yaradılmışdır. Bu qurumun əsas vəzifəsi Azərbaycanda xalçaçılığı inkişaf etdirmək, bizim tarixi mirasımızı qorumaq və eyni zamanda, ölkəmizdə güclü xalçaçılıq sənayesi yaratmaqdır. Bu məqsədlə bir çox rayonlarda, o cümlədən Füzuli rayonunda “Azərxalça”nın xətti ilə belə gözəl müəssisələr yaradılıb və yaradılır. Hamımız yaxşı bilirik ki, xalçaçılıq sənətini qadınlar yaşadırlar. Bu müəssisələrin yaradılması, fəaliyyətə başlaması qadınlar üçün iş yerlərinin açılması deməkdir. Bu da çox vacibdir. Çünki qadınlar üçün iş yerləri açmaq o qədər də asan məsələ deyil. Ancaq bu gün siz burada işləyirsiniz, yaxşı maaş alırsınız, həm ailə büdcəsinə bunun böyük töhfəsi olur, eyni zamanda, qədim sənətimiz yaşayır, yaşayacaq, gənc nəslə də siz öz təcrübənizi ötürəcəksiniz. Bununla bərabər, Azərbaycanın çox gözəl ixrac məhsulu olan xalça artıq dünya bazarlarına çıxacaq. Bu, həm ölkəmizin təbliğatına xidmət edəcək, həm də bütün dünya görəcək ki, xalqımız nə qədər istedadlı xalqdır. Digər tərəfdən, bu, ölkəmizə pul gətirəcək. Beləliklə, ölkə iqtisadiyyatı çoxşaxəli surətdə inkişaf edəcək. Bu müəssisənin fəaliyyəti nəticəsində ildə neçə xalça istehsal olunacaq?"

“Azərxalça” ASC-nin idarə heyətinin sədri Vidadi Muradov: "Cənab Prezident, bu müəssisədə dəzgahların əksəriyyəti Azərbaycan brendidir. Ayda 251 kvadratmetr xalça istehsal olunacaq. Qarabağın 16 rayonunun müxtəlif çeşniləri, tarixi ənənələri əsasında toxunulacaq. Biz üç ay ərzində burada tədris kursları təşkil etdik. Peşəkar ustalarımız bu kurslarda 160 nəfəri öyrətdilər. Bu yerlər bizə bir az azlıq edir. Biz düşünürük ki, filialları başqa yerlərdə də açmaq, genişləndirmək lazımdır".

Prezident İlham Əliyev: "Bəli, genişləndirmək lazımdır".

Vidadi Muradov: "Xalçaçılar çoxdur. Füzuli rayonunda 500-600 xalçaçı var".

Prezident İlham Əliyev: "Bəli, onları da cəlb etmək lazımdır".

Vidadi Muradov: "Biz istəyirik ki, hamısı xalçaçılıqla məşğul olsunlar və Azərbaycanın Qarabağ xalçaları dünyada nə qədər şöhrət tapıbsa, bu gün də bu Qarabağ xanımları, xalçaçıları ilə, cənab Prezident, Sizin də köməyiniz sayəsində yenə də dünyada öz şöhrətinə çatdıraq".

Prezident İlham Əliyev: "Siz xalçaçılığı harada öyrənmisiniz?"

Röya Abbasova: "Bura mənim ilk iş yerimdir. Sağ olsun müəllimlərimiz, onlar öyrədiblər. İndi işə başlayırıq. Çalışırıq ki, öyrəndiklərimizi işdə tətbiq edək. İstəyirik ki, xalçalarımız yaxşı alınsın".

Prezident İlham Əliyev: "Çox yaxşı. Mən gənc qızları görürəm və bizim peşəkar ustalarımız öz təcrübələrini onlarla bölüşəcəklər. Bəs siz bu vaxta qədər harada işləyirdiniz?"

Mahnur Alıyeva: "Bizim əvvəl işimiz olmayıb. İşlə indi təmin edilmişik".

Prezident İlham Əliyev: "Yəqin ki, xalçaçılığı yaxşı bilirsiniz".

Mahnur Alıyeva: "Bəli, bu, bizim nənələrimizdən qalan bir sənətdir. Bizim rayonumuzun bu sənətdə anlayışı olub. Mənim yaşadığım kəndin özünün xalçası olub – “Xanlıq” xalçası. Ancaq bir az unudulmuşdu. Sizin sayənizdə o, artıq bərpa olundu. Ona görə Sizə çox minnətdarıq. Çox sağ olun. Çalışacağıq ki, Sizin etimadınızı doğruldaq".

Prezident İlham Əliyev: "Əlbəttə, bunun çox böyük mənası var. Biz bu qədim sənəti yaşadırıq. İndi biz haqlı olaraq hesab edirik ki, xalçaçılıq sənətinin vətəni Azərbaycandır. Bunu deməyə kifayət qədər əsaslar var. Digər tərəfdən bu, ənənəvi sənət növüdür. Nadir xalçalarımız var. Ona görə də bunu yaşatmalıyıq. Gənc nəsil də bu işlərə çox maraq göstərir. Bir daha qeyd etmək istəyirəm ki, həm dünyada Azərbaycanı geniş şəkildə təbliğ edəcəyik, həm də bu, böyük ixrac məhsuludur. Ona görə də bütün bu məsələləri həll etmək üçün “Azərxalça” yaradılmışdır və ilk müəssisə bu gün artıq fəaliyyətə başlayır".

Sonra dövlətimizin başçısı müəssisədə iş prosesini izlədi.

Sonda xatirə şəkilləri çəkdirildi.

AZTA regionlarda beş yeni nümayəndəlik açıb
AZTA regionlarda beş yeni nümayəndəlik açıb
Azərbaycanın təşəbbüsü ilə türkdilli dövlətlərin Turizm təşkilatı yaradılacaq
Azərbaycanın təşəbbüsü ilə türkdilli dövlətlərin Turizm təşkilatı yaradılacaq
Uzun müddət fəaliyyət göstərməyən turizm şirkətlərinin öz fəaliyyətlərini bərpa etməsinə icazə verildi
Uzun müddət fəaliyyət göstərməyən turizm şirkətlərinin öz fəaliyyətlərini bərpa etməsinə icazə verildi
Loading Bars
Xəbər lenti
Bakının yeni turistik məkanına çevriləcək Bibiheybət (FOTOREPORTAJ)
Qiymətli kağızlar bazarı yenidən canlanır: Bazarın yeni iştirakçıları hansı perspektivlər vəd edir?
Şəhid çavuşun cənazəsi yaşadığı evə gətirilir (FOTO)
“WhatsApp”da yeni funksiya işə salınacaq
Bakı Yunus Əmrə İnstitutu Bakı Türk Anadolu Liseyi şagirdlərinə dəstək olub (FOTO)
Neftçalada 18 yaşına çatmamış qızın qeyri-etik fotolarını çəkərək yayan şəxs həbs edilib
Milli Məclisin Gənclər və idman komitəsinin iclası keçirilib (FOTO)
Mətbuat Şurası müraciət yayıb
Hərbçilərə pensiya təyinatının avtomatlaşdırılması tezliklə həll ediləcək - Rəsmi
Altıağacda bıçaqlanma olub (FOTO)
Ali təhsil dövrü staj kimi qəbul edilir - Nazirlik
Çinə Rusiyadan idxal olunan məhsulda koronavirus aşkarlandı
Politoloq: Cəbhədə düşmənin istənilən təxribatının qarşısını ordumuz layiqincə alır
EY Azərbaycan şirkəti 2020-2021 illər üçün növbəti “EY İlin İş Adamı™” müsabiqəsinə start verdi
Sabah 28 dərəcəyədək isti olacaq
DSMF qadınların pensiya təyinatı barədə qaydaları açıqladı
ADRA əməkdaşları “Xəzəri qoruyaq” adlı təmizlik aksiyasında iştirak ediblər (FOTO)
"Ali təhsil haqqında" qanun layihəsi hazırlanır (FOTO)
Deputat: Azərbaycanda nəhəng investisiya layihələri uğurla həyata keçirilir
PAŞA Bank sayt etibarlılığı üzrə mühəndis axtarır
Hərbi salamla məşhurlaşan Eltonun atası: Onun hərbiyə həvəsi körpə vaxtlarından var (FOTO)
BNA: Bakıda qanunsuz parklanmalara qarşı tədbirlər davam edir
DSMF: Bundan sonra kişilərin pensiya yaşı artırılmayacaq
Bakıda dəmir yoluna çıxan kişini elektrovoz vurub öldürdü
ABŞ Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların həmsədrlərin himayəsi altında bərpasına çağırır - Pompeo
Özünüməşğulluq proqramı gələn il 15 min ailəni əhatə edəcək
Qaxda 2 ton narkotik vasitə məhv edilib
Gürcüstanda 193 yeni yoluxma qeydə alınıb
XİN: Düşmənin sərhəddə törətdiyi bu qanlı cinayətin bütün məsuliyyətini Ermənistanın rəhbərliyi daşıyır
Astara sakini 1 kiloqram heroinlə ələ keçdi (FOTO/VİDEO)
Nümunəvi dönərxanalarda satılacaq dönərlərin qiyməti necə olacaq? - RƏSMİ AÇIQLAMA
“Funda” tibb mərkəzində vergi nəzarəti keçirilib, materiallar məhkəməyə göndərilib
Bakıda restoranda yanğın (FOTO)
Səbail rayonunda yolların yenidən qurulmasına 1,9 milyon manat ayrılıb
Sabirabadda yeni doğulmuş körpə ölüb
Mağazadan oğurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)
Bakıda məktəbi qızıl və gümüş nişanla bitirən məzunların sayı açıqlanıb
Deputat: Azərbaycan Ermənistanın təxribat xarakterli hərəkətlərinə dözmək niyyətində deyil
Çexiyanın Səhiyyə naziri koronavirusa görə istefa verib
AQTA quşçuluq sahəsində fəaliyyət göstərən sahibkarlara xəbərdarlıq etdi
Dağlıq Qarabağın azərbaycanlı icması bəyanat yayıb
Deputat: Ermənistan öz çirkin və təxribatçı əməllərindən çəkinməsə onun üçün nəticələr ağır olacaq
Sahibkarlar üçün sərfəli şərtlərlə, tamamilə onlayn biznes krediti. Növbəsiz və girovsuz! (VİDEO)
Mebel salonunda bağbanı cərəyan vurub öldürdü
Alkoqol və tütün Alzheimer xəstələri üçün risklidir
Deputat: Məscidləri dağıdan ölkə müsəlmanların dostu ola bilməz
Müdafiə Nazirliyi bəyanat yaydı: Şəhid var
MasterCard Priceless platformasında müştərilər üçün daha çox endirim!
Azərbaycanda könüllülərlə bağlı yenilik: Qanuna dəyişiklik edilir
Azərbaycanda kəskin bağırsaq infeksiyaları və suçiçəyinə yoluxma halları artıb
Deputatların könüllü komandası olacaq
Ermənistanda koronavirusdan ölənlərin sayı 936 nəfərə çatıb
Türkiyədə Azərbaycan kapitalı ilə 70-dən çox şirkət qeydiyyata alınıb
Dövlət Agentliyi “CISCO” şirkəti ilə əməkdaşlığı genişləndirir (FOTO)
Şamaxıda qanunsuz ov edənlər cərimələndi
Sabirabadda 34 yaşlı kişi qaynı tərəfindən güllələndi
“AccessBank” bankomat alışı üzrə tender elan edir
XİN: Ermənistan rəhbərliyinin məsuliyyətsiz və təhrikçi davranışı bölgədə gərginliyi alovlandırır
Tac-Mahal ziyarətçilər üçün açılıb
Deputat: Ermənistan bütün bu təxribatların və işğalın bir sonu olacağını mütləq anlamalıdır
Azərbaycan koronavirusa qarşı vaksinin gətirilməsi ilə bağlı saziş imzalayıb
Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi aparılır
Müəllimlərin informasiya bacarığının artırılması üzərində işləyirik - Şöbə müdiri
Qida Təhlükəsizliyi İnformasiya Sisteminin yeni modulları istifadəyə verilib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb
Prokurorluq bacısını öldürən şəxslə bağlı məlumat yaydı
Milli Məclisin Gənclər və idman komitəsi geniş hesabat verəcək
Şəkidə yeni qədim abidə aşkar edilib (FOTO)
Bakıda bacısını öldürən şəxs polisə təslim olub
Ermənistan atəşkəsi 30 dəfə pozub
Rəşad Tağıyev: Müstəqil Azərbaycanın dayanıqlı inkişafı naminə təhsil islahatları ildən-ilə dərinləşdirilir
Sahil Kərimli: Müstəqilliyi, təhlükəsizliyi və rifahı təmin edən yeni neft-qaz strategiyası
Deputatlar bu gün onlayn iclas keçirəcək
Qazaxıstanda koronavirusa daha 45 nəfər yoluxub
Çində silahlı şəxs insanlara hücum edib, yaralananlar var
İsraildə koronavirusa yoluxanların sayı 187 min nəfəri ötdü
Hindistanda yaşayış evi uçub, ölənlər var
ABŞ-da koronavirusa yoluxanların sayı 7 milyon nəfəri ötüb
Texasda təyyarə qəzaya uğrayıb, ölənlər var
İctimai nəqliyyatın hərəkəti bərpa olundu
Filippin sahillərində güclü zəlzələ olub
Kolumbiyada naməlum şəxslər 5 nəfəri qətlə yetirib
Moskvanın hava limanlarında 18 aviareys ləğv edilib və ya təxirə salınıb
Trampı zəhərləmək istəyən şəxs Kanada-ABŞ sərhədində saxlanılıb
Moskvada koronavirusdan daha 12 nəfər ölüb
Özbəkistanda koronavirusa yoluxanların sayı 51 min nəfəri ötüb
MN: Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib
Braziliya telekanalında Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun acı nəticələri barədə bəhs edilib (FOTO)
SECO: İsveçrə şirkətləri Azərbaycanın qeyri-enerji sektorunun inkişafında dəyərli tərəfdaş ola bilərlər
Türkiyə 5,1 bal gücündə zəlzələ baş verib
İranda koronavirusun üçüncü dalğasının başladığı elan edilib
Bağdadın hava limanının yerləşdiyi rayon raket hücumuna məruz qalıb
Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı
İngiltərə Premyer Liqası: "Liverpul" səfərdə "Çelsi"ni məğlub etdi
Türkiyədə koronavirusdan bir gündə 1 116 nəfər sağalıb
Sentyabrın 21-i üçün teledərslərin cədvəli açıqlanıb
Gəncədə F-1 əl qumbarası aşkar edilib (FOTO)
Qırğızıstanda sutkada daha 81 nəfər koronavirusa yoluxub
Ali məktəblərə ixtisas seçiminin vaxtı uzadılıb
Video layihə: PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah 20.09.2020 tarixli bölüm
Bütün xəbərlər