...

Prezident İlham Əliyev: Ölkələr arasında uğurlu əməkdaşlıq ABŞ-ın yeni administrasiyası ilə də davam etdiriləcək (YENİLƏNİB) (FOTO)

Siyasət Materials 22 Noyabr 2016 11:32 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Amerika Birləşmiş Ştatlarının dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini xanım Bridcet Brinki qəbul edib.
Prezident İlham Əliyev: Ölkələr arasında uğurlu əməkdaşlıq ABŞ-ın yeni administrasiyası ilə də davam etdiriləcək (YENİLƏNİB) (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Amerika Birləşmiş Ştatlarının dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini xanım Bridcet Brinki qəbul edib.

Dövlətimizin başçısı xanım Bridcet Brinklə bu ilin yayında ikitərəfli münasibətlər, regional məsələlərlə bağlı apardıqları geniş müzakirələri xatırlayaraq ölkələrimiz arasında uğurlu əməkdaşlığın ABŞ-ın yeni administrasiyası ilə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi.

ABŞ dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini xanım Bridcet Brink ölkəsinin Azərbaycana, bütövlükdə regiona olan güclü dəstəyini qeyd edərək Birləşmiş Ştatların bu istiqamətdə uzun müddət ardıcıl siyasət həyata keçirdiyini vurğuladı.

Görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ətrafında geniş fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti