...

Dmitri Roqozin Azərbaycan-Rusiya sərhədində gömrük məntəqəsinin işini yoxlayıb

Siyasət Materials 17 Dekabr 2016 16:04 (UTC +04:00)
Dmitri Roqozin Bakıda keçirilən Azərbaycan-Rusiya hökumətlərarası iqtisadi komissiyasının iclasından sonra gözlənilmədən Azərbaycan-Rusiya dövlət sərhədinə səfər edib.
Dmitri Roqozin Azərbaycan-Rusiya sərhədində gömrük məntəqəsinin işini yoxlayıb

Bakı. Trend:

Rusiya Baş nazirinin müavini Dmitri Roqozin Bakıda keçirilən Azərbaycan-Rusiya hökumətlərarası iqtisadi komissiyasının iclasından sonra gözlənilmədən Azərbaycan-Rusiya dövlət sərhədinə səfər edib.

Trend-in məlumatına görə, bu barədə D.Roqozin bu gün "Twitter" səhifəsində yazıb.

O qeyd edib: "Bakının Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gedərkən əlavə 500 km yol qət etməyi qərara aldım və hamı üçün gözlənilməz olaraq Rusiya-Azərbaycan dövlət sərhədində buraxılış-keçid məntəqəsinin işini yoxlamağa gəldim".

Qeyd edək ki, yük maşınlarının dövlət sərhədini keçməsində problemlərin yaranması məsələsi ötən gün Bakıda keçirilən Azərbaycan-Rusiya hökumətlərarası iqtisadi komissiyasının iclasında qaldırılıb. İclasda Azərbaycandan Rusiyaya meyvə-tərəvəz və digər məhsullar aparan yük avtomobillərinin sərhəddə ləngidilməsi hallarının olduğu bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti