...

Andrey Karlov "Allaha çox şükür ki, Suriyada deyil, Türkiyədə səfirəm" demişdi...

Siyasət Materials 20 Dekabr 2016 14:58 (UTC +04:00)
Rusiya səfiri Andrey Karlov 2013-cü il sentyabrın 2-də etimadnaməsini Türkiyənin həmin dönəmdəki Prezidenti Abdullah Gülə təqdim etmişdi.
Andrey Karlov "Allaha çox şükür ki, Suriyada deyil, Türkiyədə səfirəm" demişdi...

Bakı. Trend:

Ankarada sui-qəsd nəticəsində öldürülən Rusiya səfiri Andrey Karlov 2013-cü il sentyabrın 2-də etimadnaməsini Türkiyənin həmin dönəmdəki Prezidenti Abdullah Gülə təqdim etmişdi.

Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, A.Karlov 2013-cü il oktyabrın 3-də ilk mətbuat konfransını təşkil etmiş və "Allaha çox şükür ki, Suriyada deyil, Türkiyədə səfirəm" demişdi:

"Suriya bizə müstəqil və əmin-amanlığın olduğu bir ölkə kimi lazımdır, qonşularına təhdid mənbəyi olmamalıdır".

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov ötən gün Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti