...

Deputat: İsrail-Azərbaycan münasibətlərinin daha da yaxşılaşması heç bir halda İran üçün təhlükə törədə bilməz

Siyasət Materials 20 Dekabr 2016 18:02 (UTC +04:00)
Benyamin Netanyahunun Azərbaycana səfərindən sonra iki ölkə arasında münasibətlərin daha da yaxşılaşması heç bir halda İran üçün təhlükə törədə bilməz.
Deputat: İsrail-Azərbaycan münasibətlərinin daha da yaxşılaşması heç bir halda İran üçün təhlükə törədə bilməz

Bakı. İlhamə İsabalayeva - Trend:

İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərindən sonra iki ölkə arasında münasibətlərin daha da yaxşılaşması heç bir halda İran üçün təhlükə törədə bilməz.

Bunu Trend-ə Milli Məclisin deputatı Rövşən Rzayev deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan və İranın bir-biri ilə çox yaxşı münasibətləri var.

Deputat qeyd edib ki, Azərbaycandan İrana qarşı heç bir zaman təhlükə olmayıb və bundan sonra da olmayacaq: “İran və Azərbaycan arasında tarix boyu yaxşı münasibətlər olub və bundan sonra da olacaq. Vaxtilə İrana qarşı başqa ölkələrdən təhdid olanda Azərbaycan özünün qətiyyətli mövqeyini nümayiş etdirmişdi. Buna görə də İsrail Baş nazirinin Azərbaycana səfərindən sonra narahat olmağa heç bir əsas yoxdur”.

R.Rzayev bildirib ki, Azərbaycan İrana hər zaman dəstək göstərib, İran da Azərbaycana dəstək olmağı bacarmalıdır:

“Azərbaycanın erməni işğal altında olan torpaqları var. İranın çox böyük imkanları var ki, Azərbaycana bu məsələdə dəstək olsun”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti