...

Millət vəkili: Maliyyə hesabatı verməyən siyasi partiyalarla bağlı tədbirlər görülməlidir

Siyasət Materials 1 Fevral 2017 12:47 (UTC +04:00)
Azərbaycanda maliyyə hesabatı verməyən siyasi partiyalarla bağlı tədbirlər görülməlidir.
Millət vəkili: Maliyyə hesabatı verməyən siyasi partiyalarla bağlı tədbirlər görülməlidir

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda maliyyə hesabatı verməyən siyasi partiyalarla bağlı tədbirlər görülməlidir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, bir sıra siyasi partiyalar maliyyə hesabatı vermir:

“Siyasi partiyalar haqqında” qanuna dəyişiklik edildi ki, siyasi partiyalar maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim etsinlər. Lakin bir sıra siyasi partiyalar Mərkəzi Seçki Komissiyasına hesabat vermirlər. Həmin partiyaların kifayət qədər cangüdənləri, işçiləri var, ancaq hesabat vermirlər. Qanunvericilikdə elə normalar tətbiq etməliyik ki, bunun qarşısını alaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti