...

Vahid Əhmədov "Şöhrət" ordeni ilə təltif edilib

Siyasət Materials 1 Aprel 2017 16:13 (UTC +04:00)
Prezident İlham Əliyev Vahid Əhmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında bu gün sərəncam imzalayıb.
Vahid Əhmədov "Şöhrət" ordeni ilə təltif edilib

Trend-i buradan izləyin

Bakı. Trend:

Prezident İlham Əliyev Vahid Əhmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında bu gün sərəncam imzalayıb.

Trend-in məlumatına görə, sərəncamda qeyd olunur:

"Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Vahid Qazməmməd oğlu Əhmədov “Şöhrət” ordeni ilə təltif edilsin".

Qeyd edək ki, V.Əhmədov 1947-ci il aprelin 2-də Quba rayonunun Qonaqkənd kəndində anadan olub. O, hazırda Milli Məclisin deputatıdır, Azərbaycanın əməkdar mühəndisi, texnika elmləri doktorudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti