...

Ekspert: İrandakı terror aktları regionda gərginliyi artıracaq

Siyasət Materials 7 İyun 2017 16:09 (UTC +04:00)
İrandakı terror aktları regionda gərginliyi artıracaq
Ekspert: İrandakı terror aktları regionda gərginliyi artıracaq

Bakı. Ləman Zeynalova - Trend:

İrandakı terror aktları regionda gərginliyi artıracaq.

Bunu Trend-ə “Novaya Rossiya” hərəkatının lideri, politoloq, ictimai xadim Nikita İsayev deyib.

Onun sözlərinə görə, İran region üçün çox vacib dövlətdir: “İran təkcə Yaxın Şərq üçün yox, həm də Cənubi Qafqaz regionu üçün çox vacibdir. Təbii ki, İrandakı terror təhlükəsi bu regiondakı stabilliyi də təhdid altında qoyur”.

Ekspert hesab edir ki, İranda terror fəaliyyəti güclənəcək: “Öz növbəsində İran bu fəaliyyətə cavab verəcək, bu isə region üçün kifayət qədər təhlükəlidir”.

Qeyd edək ki, bu gün Tehranda İran parlamentinin binasına və Xomeyninin məqbərəsinə silahlı hücumlar olub. Terror aktları nəticəsində 12 nəfər ölüb, 39 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti