...

Prezident İlham Əliyev “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanunu təsdiq etdi

Siyasət Materials 16 İyun 2017 16:58 (UTC +04:00)
Prezident İlham Əliyev “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 677-VQ nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.
Prezident İlham Əliyev “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanunu təsdiq etdi

Bakı. Trend:

Prezident İlham Əliyev “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 677-VQ nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; həmin qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti