...

Ziyafət Əsgərov Serbiyanın yeni Prezidentinin andiçmə mərasimində iştirak edəcək

Siyasət Materials 22 İyun 2017 19:09 (UTC +04:00)
Ziyafət Əsgərov Aleksandr Vuçiçin Belqradda keçiriləcək andiçmə mərasimində iştirak etmək üçün bu ölkəyə səfər edib.
Ziyafət Əsgərov Serbiyanın yeni Prezidentinin andiçmə mərasimində iştirak edəcək

Trend-i buradan izləyin

Bakı. Trend:

Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Serbiyanın yeni seçilmiş Prezidenti Aleksandr Vuçiçin iyunun 23-də paytaxt Belqradda keçiriləcək andiçmə mərasimində iştirak etmək üçün bu ölkəyə səfər edib.

Bu barədə Trend-ə Milli Məclisdən məlumat verilib.

Səfər iyunun 24-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti