...

Moldova Prezidenti İqor Dodonun Azərbaycana rəsmi səfəri başa çatıb

Siyasət Materials 23 İyun 2017 18:02 (UTC +04:00)
Moldova Prezidenti İqor Dodonun Azərbaycana rəsmi səfəri iyunun 23-də başa çatıb.
Moldova Prezidenti İqor Dodonun Azərbaycana rəsmi səfəri başa çatıb

Bakı. Trend:

Moldova Prezidenti İqor Dodonun Azərbaycana rəsmi səfəri bu gün başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Moldova Prezidenti İqor Dodonu hava limanında Azərbaycanın Baş nazirinin müavini İsmət Abasov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola saldılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti