...

Prezident İlham Əliyev “VTB Bank”ın prezidentini, idarə heyətinin sədrini qəbul edib (YENİLƏNİB)

Siyasət Materials 25 İyun 2017 18:12
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də “VTB Bank”ın prezidenti, idarə heyətinin sədri Andrey Kostini qəbul edib
Prezident İlham Əliyev “VTB Bank”ın prezidentini, idarə heyətinin sədrini qəbul edib (YENİLƏNİB)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də “VTB Bank”ın prezidenti, idarə heyətinin sədri Andrey Kostini qəbul edib.

Görüşdə Bakıda yüksək səviyyədə təşkil edilən Formula-1 yarışlarının dünya səviyyəsində əhəmiyyəti qeyd olundu.

Söhbət zamanı “VTB Bank”ın uzun il Azərbaycanda səmərəli fəaliyyət göstərdiyi bildirildi, ölkələrimiz arasında bank əməkdaşlığı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti