...

Mərakeşin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Azərbaycana səfər edəcək

Siyasət Materials 11 İyul 2017 17:19 (UTC +04:00)
Mərakeşin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nasser Bourita bu ilin noyabr ayının sonunda Azərbaycana səfər etməyi planlaşdırır
Mərakeşin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Azərbaycana səfər edəcək

Bakı. Səba Ağayeva - Trend:

Mərakeşin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nasser Bourita bu ilin noyabr ayının sonunda Azərbaycana səfər etməyi planlaşdırır.

Trend bu barədə diplomatik mənbəyə istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, nazirin səfəri çərçivəsində iki ölkə arasında diplomatik, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunacaq.

Bundan başqa N.Bourita Bakıda keçiriləcək hökumətlərarası ticari-iqtisadi əməkdaşlıq komissiyasının iclasında da iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti