...

Deputat: Azərbaycanda regionların inkişafı üçün silsilə tədbirlər həyata keçirilib

Siyasət Materials 5 Avqust 2017 12:09 (UTC +04:00)
Azərbaycanda regionların inkişafı üçün bugünə qədər çoxlu sayda silsilə və ardıcıl tədbirlər həyata keçirilib.
Deputat: Azərbaycanda regionların inkişafı üçün silsilə tədbirlər həyata keçirilib

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda regionların inkişafı üçün bugünə qədər çoxlu sayda silsilə və ardıcıl tədbirlər həyata keçirilib. Bunu Trend-ə Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində Azərbaycan Prezidenti İlham Əliyevin nitqinə münasibət bildirərkən deyib.

T.Rzayev bildirib ki, əvvəl regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar təməl mərhələləri həyata keçirildi: “Əvvəl yol infrastrukturunun yenidən qurulması, regionların su, elektrik enerjisi və qaz təchizatının yaxşılaşdırılması və s məsələlərin həlli ilə bağlı tədbirlər həyata keçirildi. Bu mərhələ başa çatdıqdan sonra regionların köklü şəkildə inkişafına start verildi. Təbii ki, regionların inkişafı iqtisadi inkişaf ilə bağlı idi. Ona görə də reionlarda kənd təsərrüfatının, sahibkarlığın stimullaşdırılması, inkişafı istiqamətində Prezident İlham Əliyevin tapşırığı ilə mühüm tədbirlər həyata keçirildi. Bu istiqamətdə 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının çox böyük rolu var”.

Deputat qeyd edib ki, regionların inkişafı ilə bağlı sahibkarlara güzəştli kreditlərin verilməsini də xüsusi vurğulamaq lazımdır.

T.Rzayev bildirib ki, Prezident İlham Əliyev regionların inkişafı ilə bağlı bu günə qədər ardıcıl müşavirələr keçirib: “Qaxda keçirilən müşavirə də öz növbəsində regionlarda kənd təsərrüfatının inkişafına təkan verəcək. Prezident İlham Əliyev qarşıya çox mühüm tapşırıqlar qoydu, ölkəyə valyuta gətirən sahələrin inkişafı ilə bağlı tövsiyələrini diqqətə çatdırdı. Təbii ki, bütün bu tədbirlər öz nəticəsini mütləq verəcək və növbəti illərdə Azərbaycan qeyri-neft sektorunda böyük ixrac potensialına malik bir ölkəyə çevriləcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti