...

XİN: Azərbaycan mövcud vəziyyətin İspaniya konstitusiyası əsasında sülh yolu ilə həllinin tərəfdarıdır

Siyasət Materials 2 Oktyabr 2017 10:16 (UTC +04:00)
Azərbaycan İspaniya Krallığının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət edir.
XİN: Azərbaycan mövcud vəziyyətin İspaniya konstitusiyası əsasında sülh yolu ilə həllinin tərəfdarıdır

Bakı. Trend:

Azərbaycan İspaniya Krallığının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət edir.

Bunu Trend-in sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev vurğulayıb ki, Azərbaycan mövcud vəziyyətin İspaniyanın konstitusiyası və qanunları əsasında sülh yolu ilə həllinin tərəfdarıdır.

Qeyd edək ki, oktyabrın 1-də İspaniyanın Kataloniya vilayətində bölgənin müstəqilliyi haqqında qanunsuz referendum keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti