Bakı. Trend:
Xarici işlər naziri Elmar Məmmədyarov Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfiri Nikolaos Kanellosu qəbul edib
Nazirlikdən Trend-ə verilən məlumata görə, görüş əsnasında səfir N.Kanellos etimadnaməsinin surətini nazir E.Məmmədyarova təqdim edib.
E.Məmmədyarov N.Kanellosu Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Səfir diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməcəyini bildirib.
Görüşdə Azərbaycan və Yunanıstan arasında enerji, nəqliyyat, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.