...

Elmar Məmmədyarov Aİ Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətini qəbul edib

Siyasət Materials 4 Oktyabr 2017 18:22 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqı (Aİ) yanında üzv dövlətlərin səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətini qəbul edib.
Elmar Məmmədyarov Aİ Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətini qəbul edib

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqı (Aİ) yanında üzv dövlətlərin səfirlərinin daxil olduğu Aİ Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətini qəbul edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə E.Məmmədyarov Azərbaycan və Aİ arasında əməkdaşlığın inkişafı, strateji tərəfdaşlığa dair Saziş layihəsi üzrə danışıqların gedişi barədə danışaraq, Azərbaycan və Avropa İttifaqının 10 ölkəsi arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulduğunu qeyd edib. Enerji, nəqliyyat və uzlaşma (connectivity) kimi sahələrdə əməkdaşlığa toxunan nazir yeni sazişin siyasi, iqtisadi, ticarət, enerji, humanitar və digər sahələri əhatə edərək Azərbaycanın Aİ ilə əlaqələrinin hərtərəfli inkişafı üçün mühüm çərçivə yaratdığını nəzərə çatdırıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin son statusu haqqında ətraflı məlumat verən E.Məmmədyarov münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinin yeganə nizamlanma yolu olduğunu bir daha bəyan edərək, BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində ATƏT-ın Minsk Qrupunun həmsədrləri, eləcə də Ermənistan xarici işlər naziri ilə görüşünün keçirildiyini və həmsədrlərin bu həftə regiona səfər edəcəyini diqqətə çatdırıb.

Dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına hörmətin beynəlxalq münasibətlərin təməl prinsipi olduğunu deyən E.Məmmədyarov bunun Aİ-nin Qlobal Strategiya sənədində də təsbit olunduğunu vurğulayıb.

E.Məmmədyarov həmçinin, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafında Azərbaycanın rolu, Bakı-Tbilisi-Qars dəmir-yol xəttinin işə düşməsi və nəqliyyat sahəsində Avropa İttifaqı üzv dövlətləri ilə əməkdaşlıq imkanlarından danışıb.

Aİ Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətini üzvləri Azərbaycanda hökm sürən tolerantlıq və multikulturalizm mühitini, müxtəlif dinlərin nümayəndələrinin sülh şəraitində yaşamasını, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolunu, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın inkişafını, ölkəmizdə həyata keçirilən siyasi, iqtisadi və maliyyə islahatlarını təqdir ediBlər.

Səmimi dialoq şəraitində keçən görüş əsnasında E.Məmmədyarov qonaqların Azərbaycanın qonşu dövlətlərlə münasibətləri, beynəlxalq gündəlikdə duran aktual məsələlərlə bağlı mövqeyi, regionda təhlükəsizlik məsələləri, terrorizmə qarşı mübarizədə oynadığı rolu və sair digər məsələlərə dair çoxsaylı suallarını cavablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti