...

GUAM xarici işlər nazirləri birgə bəyannamə imzalayıblar

Siyasət Materials 8 Oktyabr 2017 20:53 (UTC +04:00)
Oktyabrın 8-i Gürcüstanın paytaxtı Tbilisidə GUAM-ın yaradılmasının 20-ci ildönümünə həsr olunan təşkilata üzv ölkələrin XİN rəhbərlərinin xüsusi iclası keçirilib
GUAM xarici işlər nazirləri birgə bəyannamə imzalayıblar

Bakı. Trend:

Oktyabrın 8-i Gürcüstanın paytaxtı Tbilisidə GUAM-ın yaradılmasının 20-ci ildönümünə həsr olunan təşkilata üzv ölkələrin XİN rəhbərlərinin xüsusi iclası keçirilib.

Trend-in "apsny.ge"yə istinadən verdiyi məlumata görə, Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna xarici işlər nazirləri Elmar Məmmədyarov, Mixeil Canelidze, Andrey Qalbur və Pavlo Klimkin görüşün yekununda birgə Bəyannamə imzalayıblar.

Məlumata əsasən, Bəyannamədə təşkilatın bütün dörd üzvü olan ölkələrin sıx əməkdaşlığı davam etdirmək niyyəti yekdil olaraq təsdiqlənib.

Xəbər lenti

Xəbər lenti