...

Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini geri götürüb

Siyasət Materials 10 Oktyabr 2017 20:54 (UTC +04:00)
YUNESKO-nun baş direktoru vəzifəsinə seçkilərin ikinci turu nəticəsiz bitib.
Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini geri götürüb

Bakı. Trend:

YUNESKO-nun baş direktoru vəzifəsinə seçkilərin ikinci turu nəticəsiz bitib.

Trend-in "RİA Novosti"yə istinadən məlumatına görə, heç bir namizəd səs çoxluğu qazana bilməyib.

Məlumata görə, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini oktyabrın 9-da keçirilmiş səsvermənin birinci turundan sonra geri götürüb.

Qeyd edək ki, YUNESKO-nun baş direktoru vəzifəsinə 6 ölkənin nümayəndəsi nazmizəddir.

Səsvermənin növbəti turu sabah keçiriləcək.

Xəbər lenti

Xəbər lenti