...

Çexiya Senatının sədr müavinindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlama (ÖZƏL)

Siyasət Materials 23 Oktyabr 2017 18:07 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll olunmalıdır.
Çexiya Senatının sədr müavinindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlama (ÖZƏL)

Bakı. Gülqız Muradova - Trend:

Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll olunmalıdır. Bunu Trend-ə Azərbaycanda səfərdə olan Çexiya Senatının sədr müavini Yirji Şestak deyib.

Y.Şestak qeyd edib ki, təcrübə də münaqişələrin sülh yolu ilə həllinin ən yaxşı variant olduğunu göstərir:

"Bizim tarixi təcrübəmiz göstərir ki, iki ölkə arasında münaqişə yaratmayan və münaqişənin gələcəkdə daha da dərinləşməsinə səbəb olmayan həll variantı sülh və qarşılıqlı anlaşma yoludur".

Senatın sədr müavini bildirib ki, Çexiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına töhfəsi tərəfləri sülh variantına təşviq etmək və münaqişənin sülh yolu ilə həllinə nail olunmasına dəstək göstərməkdən ibarət ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti