...

Azərbaycan Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsinin mükafatçısı olub

Siyasət Materials 28 Oktyabr 2017 17:03 (UTC +04:00)
Azərbaycan Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsinin mükafatçısı olub.
Azərbaycan Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsinin mükafatçısı olub

Bakı. Trend:

Azərbaycan Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsinin mükafatçısı olub.

Trend-in Avropa Şurasının (AŞ) saytına istinadən verdiyi məlumata görə, ədliyyə və məhkəmə sistemi sahəsində uğur qazanmış Avropanın dörd ən mütərəqqi layihəsi AŞ tərəfindən mükafatlandırılıb.

Bu mötəbər mükafata layiq görülən ölkələr sırasında məhkəmə sistemi sahəsində nailiyyətləri olan Azərbaycan da var. Müsabiqədə Azərbaycan Məhkəmə-Hüquq Şurası elektron məhkəmənin tərkib hissəsi olan “Məhkəmənin Nəbzi: İdarəetmədə İnqilab” adlı layihə ilə iştirak edib və bu layihə Avropa ekspertləri tərəfindən yüksək qiymətləndirilib. Digər üç layihə Norveç, Bolqarıstan və İtaliya tərəfindən təqdim edilib.

Qeyd edək ki, oktyabrın 27-də Avropa Ədliyyə Gününün qeyd olunması ərəfəsində baş tutan “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsi Avropa Şurası tərəfindən 2005-ci ildən keçirilir və həmin müsabiqə çərçivəsində ədliyyə və məhkəmə sisteminin fəaliyyəti ilə bağlı Avropa Şurasının 47 üzv dövləti sırasından ən qabaqcıl və səmərəli təcrübələr seçilərək mükafatlandırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti