...

Deputatdan təklif: Azərbaycanda da xaricdən maliyyələşən KİV-lər casus hesab olunsun

Siyasət Materials 16 Noyabr 2017 12:02
Rusiyada xaricdən maliyyələşən KİV-lərin casus hesab olunmasını nəzərdə tutan qanunun Azərbaycanda da qəbul edilməsi təklif olunur.
Deputatdan təklif: Azərbaycanda da xaricdən maliyyələşən KİV-lər casus hesab olunsun

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva – Trend:

Rusiyada xaricdən maliyyələşən KİV-lərin casus hesab olunmasını nəzərdə tutan qanunun Azərbaycanda da qəbul edilməsi təklif olunur.

Trend-in məlumatına görə, belə bir təşəbbüslə Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Aqil Abbas komitənin bu gün keçirilən iclasında çıxış edib.

O bildirib ki, Rusiyada qəbul edilən yeni qanuna əsasən, xarici ölkələrdən maliyyələşən KİV-lər casus hesab olunacaqlar: “Bizim də belə bir qanuna ehtiyacımız var. Bir qəzet redaktoru kimi bilirəm ki, bizdə də belə hallar çoxdur. Məncə, bu məsələnin qaldırılmasına ehtiyac var”.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov isə deyib ki, bunu ayrıca qanun kimi də, qanunlara əlavələr kimi də qəbul etmək mümkündür.

Qeyd edək ki, ötən gün Rusiya Dövlət Duması ölkədə əcnəbi medianın "xarici agent" kimi tanınmasına icazə verən qanuna düzəlişləri qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti