...

Azərbaycan hökuməti yaşayış minimumunun hesablanma mexanizminin dəyişdirilməsinə ehtiyac görmür

Siyasət Materials 23 Noyabr 2017 18:19 (UTC +04:00)
Yaşayış minimumunun hesablanma mexanizmi dəyişdirilməlidir
Azərbaycan hökuməti yaşayış minimumunun hesablanma mexanizminin dəyişdirilməsinə ehtiyac görmür

Bakı. Ənvər Məmmədov - Trend:

Yaşayış minimumunun hesablanma mexanizmi dəyişdirilməlidir.

Trend-in məlumatına görə, bunu Milli Məclisdə 2018-ci ilin büdcə zərfinə daxil olan qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Əli Məsimli deyib.

Onun sözlərinə görə, hazırkı hesablama üsulu artıq köhnəlib və yenidən nəzərdən keçirilməlidir:

“Yaşayış minimumu hesablananda bazardakı proseslər, qiymətlər nəzərə alınmalıdır. Bu zaman minimum istehlak səbəti hər üç ildən bir hesablanmamalıdır, çünki qiymətlər artır”.

Deputat həmçinin qeyd edib ki, ehtiyac meyarını yaşayış minimumu səviyyəsinə çatdırmaq lazımdır.

“Hər il ehtiyac meyarının yaşayış minimumu səviyyəsinə çatdırılmasını təklif edirik. Amma büdcə layihəsində bu göstərici yaşayış minimumu həcminin yalnız 68 faizini təşkil edir. Bu isə bir neçə il əvvəl olduğundan azdır”.

Bu məsələyə münasibət bildirən iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova qeyd edib ki, Azərbaycanda yaşayış minimumunun hesablanması qaydası beynəlxalq praktikaya uyğundur:

“Nisbi yoxsulluq və çoxsəviyyəli yoxsulluq kimi meyarlar mövcud olduğu halda Azərbaycanda mütləq yoxsulluq meyarı tətbiq olunur”.

S.Həsənova qeyd edib ki, Azərbaycanda sonuncu dəfə istehlak səbəti 2014-cü ildə hesablanıb və hazırda nazirlik və Dünya Bankının ekspertləri ilə birgə istehlak səbətinin növbəti ekspertizası keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti